“Sabah”ın Avrokuboklarda ilk qolunun müəllifi Bosniyada özünə yeni klub tapıb

2 Aprel 2026 01:56
183
“Sabah”ın Avrokuboklarda ilk qolunun müəllifi Bosniyada özünə yeni klub tapıb

“Sabah”ın keçmiş müdafiəçisi Boyan Letiç Azərbaycan klubundan ayrıldıqdan sonra özünə yeni komanda tapıb.

İdman.Biz-in məlumatına görə, 33 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək və “Sloqa Meridian”la müqavilə imzalayacaq. O, cari mövsümün sonuna qədər komandada Bosniya və Herseqovina Premyer Liqasında oynayacaq.

Letiç “Sabah”da əhəmiyyətli iz buraxıb. O, klubun ikinci ən çox oyun keçirən oyunçusudur və komandanın Avropa yarışlarında ilk qolunu vurub.

Boyan Letiç 2022-ci ilin fevral ayından bəri “Sabah”da oynayıb, 125 oyun keçirib və klub tarixində ən çox oyun keçirən ikinci oyunçu olub.

Beləliklə, təcrübəli müdafiəçi mövsümün sonunda yeni klubuna kömək etmək üçün Bosniya liqasına qayıdır.

İdman.Biz