FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunun üç oyununda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo - Moldova, 18-də Moldova - Litva matçlarının baş hakimi, 15-də Kosovo - Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
