Diskvalifikasiya olunmuş məşqçi keşiş paltarında oyuna qatılıb - VİDEO

23 Mart 2026 10:21
137
Diskvalifikasiya olunmuş məşqçi keşiş paltarında oyuna qatılıb - VİDEO

İtaliyanın 9-cu liqasından sensasiyalı hadisə: cəzası olan məşqçi komandaya yaxınlaşmaq üçün özünü keşiş kimi qələmə verdi və sonda rəqibə zərbə endirdi.

İtaliyanın aşağı liqalarından birində qeyri-adi hadisə baş verib. Söhbət 9-cu liqada çıxış edən komandalardan birinin məşqçisi Matteo Çiçeridən gedir.

İdman.Biz xəbər verir ki, diskvalifikasiya müddətini çəkən mütəxəssis vacib oyunda komandaya rəhbərlik etmək üçün hiyləgər plan hazırlayıb.

Matteo stadiona keşiş geyimində gedib. O, oyundan əvvəl futbolçularına tapşırıqlar verib və qarşılaşma zamanı meydanın kənarından, torun arxasından komandaya rəhbərlik edib.

Plan, yəqin ki, uğurlu alınardı. Lakin matçın sonlarında Çiçeri emosiyalarına hakim ola bilməyib. Rəqib komanda qol vurduqdan sonra o, meydançaya qaçaraq futbolçulardan birini ayağı ilə vurub.

Bununla da kifayətlənməyən məşqçi komandası qələbə qolunu vurduqdan sonra yenidən meydana daxil olub, futbolçularla birlikdə sevinib və rəqib ünvanına təhqiramiz ifadələr səsləndirib.

İdman.Biz