“Portu” futbol komandasının təcrübəli müdafiəçisi Tyaqo Silva karyerasında yeni bir səhifə açıb. 41 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ştutqart”la (2:1) görüşdə meydana çıxmaqla turnirdə debüt edib.
İdman.Biz xəbər verir ki, braziliyalı ulduz üçün bu matç qitənin ikinci dərəcəli klub turnirində ilk sınaq olub. Silva indiyə qədər keçdiyi zəngin karyerası ərzində yalnız Çempionlar Liqasında mübarizə aparıb. O, daha əvvəl “Milan”, PSJ və “Çelsi”nin heyətində qitənin ən nüfuzlu turnirinin iştirakçısı olub.
Bu debüt həm də turnirin tarixinə rekord kimi düşüb. 41 yaş 171 günlüyündə meydana çıxan Silva Avropa Liqası tarixində debüt edən ən yaşlı sahə oyunçusu ünvanını əldə edib.
