Antuan Qrizman Tyeri Anrini üstələdi

19 Fevral 2026 18:10
85
Antuan Qrizman Tyeri Anrini üstələdi

Fransalı hücumçu Antuan Qrizmann Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə fransalı futbolçular arasında tarixi göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, o, bu turnirdə meydana çıxdığı matçların sayına görə əfsanəvi hücumçu Tyeri Anrini geridə qoyaraq fransız futbolçular arasında ikinci pilləyə yüksəlib.

Qrizmann uzun illərdir Avropanın ən nüfuzlu klub turnirində sabit çıxışı ilə seçilir və müxtəlif klubların heyətində vacib oyunlarda iştirak edib.

Onun aktivində həm final, həm də yarımfinal mərhələlərində çıxışlar var ki, bu da təcrübəsinin miqyasını göstərir.

Hazırda Qrizmann bu göstəricidə yalnız bir fransız futbolçudan - Kərim Benzemadan geridə qalır.

İdman.Biz
Məqalədə: