“Qarabağ” - “Nyukasl” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

17 Fevral 2026 13:47
91
“Qarabağ” - “Nyukasl” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin “Nyukasl" komandaları arasında keçiriləcək ilk oyuna satılan biletlərin sayı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, artıq qarşılaşma üçün 27 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50, 75 manat təşkil edir.

Qeyd edək ki, fevralın 18-də reallaşacaq “Qarabağ” - “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: