"Zirə"nin hücumçusu Yeqor Boqomolski karyerasını Rusiyada davam etdirəcək. Belaruslu forvard Rusiyanın "Ural" klubuna transfer olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Boqomolski cari mövsümün sonuna qədər icarə əsasında klubun formasını geyinəcək.

25 yaşlı hücumçu karyerası ərzində Belarusun "Dinamo" (Minsk), "Dinamo-Brest", "Rux" və "Minsk" klublarında çıxış edib. Azərbaycanda isə o, "Zirə"dən əvvəl "Neftçi"nin uğurları üçün çalışıb. Boqomolski cari mövsümün ilk yarısını “Zirə”nin heyətində keçirib.
Qeyd edək ki, Belarus millisinin üzvü olan Boqomolski yığma komandanın heyətində altı qarşılaşmada meydana çıxıb.
