“Qəbələ” - “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı İbrahim Sanqarenin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

17 Fevral 2026 13:59
99
“Qəbələ” - “Sabah” oyunundakı qalmaqallı epizodla bağlı İbrahim Sanqarenin İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

Azərbaycan çempionatının 20-ci turu çərçivəsində baş tutan “Qəbələ” - “Sabah” oyunun ətrafında gərgin müzakirələr davam edir.

Xatırladaq ki, oyunun 87-ci dəqiqəsində, qonaqların 1:0 hesablı üstünlüyü zamanı baş hakim Rauf Cabbarov ev sahibi komandanın hücumçusu Prins Ovusu tərəfindən vurulan qolu qeydə almayıb. Hakimin qərarına əsasən, top əvvəlcə “Qəbələ”nin digər hücumçusu İbrahim Sanqarenin əlinə dəyib.

Öz növbəsində İbrahim Sanqare ciddi ajiotaj yaratmış həmin epizodu İdman.Biz-ə belə şərh edib:

“Kiçik detal olaraq qeyd edim ki, top mənim əlimə dəyməzdən əvvəl, hansı ki bu təsadüf idi, “Sabah”ın oyunçusu Stiv Solye topa əl ilə toxundu, həmçinin “Sabah”ın digər müdafiəçisinin də. Ona görə də hesab edirəm ki, hakim bizim qolu ləğv edərək penalti təyin etməməklə səhvə yol verib. Videoda da hər şey açıq-aydın görünür”, - deyə İbrahim Sanqare bildirib.

İdman.Biz