Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək oyun barədə danışıb.
Təcrübəli mütəxəssis qarşılaşmanın çətin və gərgin keçəcəyini bildirib.
Onun sözlərinə görə, “Qarabağ” bu dəfə də azarkeşlərinə baxımlı oyun nümayiş etdirəcək.
“İngiltərə komandalarını hər kəs çox yaxşı tanıyır. Onlara qarşı oynamaq çətindir. İnşallah, “Qarabağ” “Nyukasl”a qalib gələr”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Qeyd edək ki, fevralın 18-də keçiriləcək “Qarabağ” - “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
