İngiltərənin "Çelsi" klubunun futbolçusu Kol Palmer fiziki vəziyyəti ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi bəhanə axtarmadığını və problemlərin öhdəsindən gələcəyini bildirib.
“Mən bura bəhanə gətirmək üçün gəlməmişəm və zədələri də arxada qoyacağam. Formada olanda nələr edə bildiyimi bilirəm və ümid edirəm ki, tezliklə ora qayıdacağam. Hələlik isə bunu idarə edir və həmin səviyyəyə çatmağa çalışıram”, - deyə Palmer vurğulayıb.
