“Difai” heyətini yeni futbolçu ilə gücləndirib

2 Fevral 2026 14:40
113
“Difai” heyətini yeni futbolçu ilə gücləndirib

Azərbaycanın Birinci Liqa təmsilçisi “Difai” “Qarabağ”ın yetirməsi Nihad Əliyevi transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Difai” Futbol Klubu məlumat yayıb.

Müdafiəçi artıq kollektivə qoşulub.

Qeyd edək ki, N.Əliyev “Qarabağ”ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.

İdman.Biz