Bundesliqa: “Borussiya” - “Haydenhaym” oyununda qol yağışı - YENİLƏNİB + VİDEO

1 Fevral 2026 23:00
304
Bundesliqa: “Borussiya” - “Haydenhaym” oyununda qol yağışı - YENİLƏNİB + VİDEO

Almaniya Bundesliqasında 20-ci turun oyunu çərçivəsində Dortmund “Borussiya”sı doğma meydanda “Haydenhaym”ı məğlub edib.

Idman.Biz xəbər verir ki, Dortmund təmsilçisi qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.

Oyunda hesab 44-cü dəqiqədə Valdemar Antonun qolu ilə açılıb. Lakin qonaqlar fasiləyə qədər və fasilədən dərhal sonra ardıcıl iki dəfə fərqləniblər. Yulian Nihyus 45+4-cü və 48-ci dəqiqələrdə dubla imza ataraq “Haydenhaym”ı hesabda önə çıxarıb.

İkinci hissədə meydan sahiblərinin qəhrəmanı Seru Qiras­si olub. Hücumçu əvvəlcə 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib, cəmi bir dəqiqə sonra isə yenidən fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Borussiya Dortmund” 45 xalla Bundesliqa turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Haydenhaym” isə 13 xalla sonuncu – 18-ci yerdə qalıb.

21:16

Almaniya Bundesliqasında 20-ci turunda “Ştutqart” doğma meydanda “Frayburq” üzərində minimal hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyini 90-cı dəqiqədə Ermedin Demiroviç həll edib. Hücumçu uzaq məsafədən dəqiq zərbə ilə hesabı açaraq komandası üçün vacib üç xalı təmin edib – 1:0.

Bu qələbə ilə “Ştutqart” 39 xal toplayaraq turnir cədvəlində “Leyptsiq”i geridə qoyub və dördüncü pilləyə yüksəlib. “Frayburq” isə 27 xalla yeddinci sırada qalıb.

İdman.Biz