Seiya A: “Atalanta” azlıqda qalsa da, “Komo” ilə heç-heçə etdi - YENİLƏNİR

1 Fevral 2026 20:07
102
Seiya A: “Atalanta” azlıqda qalsa da, “Komo” ilə heç-heçə etdi - YENİLƏNİR

İtaliya Seriya A-da 23-cü turun oyununda “Komo” doğma meydanda “Atalanta”nı qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın səkkizinci dəqiqəsində qonaq komandanın müdafiəçisi Onest Ahanor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, “Atalanta” uzun müddət azlıqda mübarizə aparsa da, hesabı qoruyub saxlaya bilib.

Turun nəticəsindən sonra “Komo” 41 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Atalanta” isə 36 xalla yeddinci sırada yer alır.

Növbəti turda “Komo” fevralın 14-də öz meydanında “Fiorentina”nı qəbul edəcək. “Atalanta” isə evdə “Kremoneze” ilə qarşılaşacaq.

18:38

İtaliya çempionatının Seriya A turnirinin 23-cü turunda “Torino” doğma meydanda “Leççe” ilə qarşılaşıb və 1:0 hesablı qələbə əldə edib.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qol 29-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Çe Adams tərəfindən vurulub.

Bu nəticədən sonra “Torino” 26 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Leççe” isə 18 xalla 17-ci yerdədir.

Növbəti turda “Torino” səfərdə “Fiorentina” ilə üz-üzə gələcək, “Leççe” isə öz meydanında “Udineze”ni qəbul edəcək.

İdman.Biz