Messi Kolumbiyada Rene İqita ilə görüşdü - VİDEO

1 Fevral 2026 12:56
117
Messi Kolumbiyada Rene İqita ilə görüşdü - VİDEO

ABŞ-nin “İnter Mayami” klubu Kolumbiyaya səfər edərək yerli “Atletiko Nasional”la yoldaşlıq oyunu keçirib. Qarşılaşmanın hesabından daha çox, meydanda yaşanan simvolik epizod futbolsevərlərin diqqətini cəlb edib.

İdman.Biz xəbər verir ki, oyunda dünya futbolunun ulduzu Lionel Messi Kolumbiya futbolunun əfsanələrindən Rene İqita ilə görüşüb. Messi tərəfindən ötürülən topa İqitanın məşhur “əqrəb zərbəsi” üslubunda cavabı tribunada böyük alqışla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

İdman.Biz
Məqalədə: