Peşəkar Futbol Liqası Misli Premyer Liqası oyunlarının yayım keyfiyyətini artırmaq məqsədilə pilot layihəyə start verir.
İdman.Biz xəbər verir ki, beynəlxalq “InSports” şirkəti ilə əməkdaşlıq çərçivəsində canlı yayımlarda xüsusi qrafikalar tətbiq olunacaq.
Layihə yanvarın 31-də keçiriləcək “Zirə” - “Sabah” və fevralın 1-də baş tutacaq “Qarabağ” - “Turan Tovuz” matçlarını əhatə edəcək.
Yeni qrafikalar oyunun taktiki və statistik məqamlarını – topa nəzarət, hücum istiqamətləri, standart vəziyyətlər və futbolçuların fərdi göstəricilərini vizual şəkildə təqdim edəcək. Məqsəd azarkeşlərə oyunu daha dolğun və anlaşılan formada izləmək imkanı yaratmaqdır.
Pilot layihə PFL-in razılığı ilə Misli Premyer Liqasının rəsmi yayımçısı “CBCSport” vasitəsilə həyata keçiriləcək.
