Mourinyo komandasına rəqibi “öldürmək” tapşırığı veribmiş

29 Yanvar 2026 11:11
56
Mourinyo komandasına rəqibi “öldürmək” tapşırığı veribmiş

“Benfika”nın baş məşqçisi Joze Mourinyo komandası ətrafında yaranan tənqidlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini Çempionlar Liqasının “Benfika” - “Real”(Madrid) oyunundan sonra (4:2) səsləndirib.

O bildirib ki, bu gün təriflənən “Benfika” yenidən məğlub olarsa eyni tənqidlərlə üz-üzə qalacaq.

Mourinyo xatırladıb ki, bir vaxtlar Çempionlar Liqasının beşinci turundan sonra cəmi 0 xala malik olsalar da, “Napoli”, “Real” və “Yuventus”la oyunlarda məqsədlərinə çatmağı bacarıblar.

Portuqaliyalı mütəxəssis futbolçularının ondan istədiyini yerinə yetirdiyini vurğulayıb.

“Onlar mənim xahişimi yerinə yetirdilər: ya öldürəcəksən, ya da səni öldürəcəklər” - deyə J.Mourinyo fikrini tamamlayıb.

İdman.Biz
Məqalədə: