İtaliya A Seriyasında çıxış edən “Roma” klubunun idman direktoru Riki Massara Yannik Ferreira Karrasko ilə maraqlandıqlarını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, klub rəsmisi belçikalı futbolçunu yüksək qiymətləndirdiklərini bildirib. Massaranın sözlərinə görə, Karrasko keyfiyyətli oyunçudur, lakin mümkün razılaşma asan görünmür. “Roma” bu transferi yalnız icarə variantı üzərindən dəyərləndirir, daimi keçid isə gündəmdə deyil.
Eyni zamanda Massara Kostas Tsimikasla bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, yunan müdafiəçinin “Roma”dan ayrılaraq növbəti həftə “Liverpul”a qayıtması planlaşdırılır və tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, “Roma” heyətdə balansı qorumaq və maliyyə şərtlərini nəzarətdə saxlamaq məqsədilə transfer bazarında ehtiyatlı mövqe tutur.
