Misli Premyer Liqasının 17-ci turunda “Karvan-Yevlax”ı 4:1 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının oyununu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis mövsümün ikinci yarısına qələbə ilə başlamağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, fasilədən sonrakı ilk oyunların çətinliyinə baxmayaraq, ilk hissədə vurulan qollar üstünlüyü təmin edib.
Bununla belə, Dambrauskas geridən oyun qurulmasında, hücumların təşkilində və son vuruşlarda dəqiqliyin yetərli olmadığını bildirib. O, hər oyunda bu qədər qol epizodu yaranmayacağını qeyd edərək, komandanın bu detalları mütləq inkişaf etdirməli olduğunu vurğulayıb.
Baş məşqçi uzun fasilədən sonra adaptasiya prosesinin davam etdiyini, növbəti turda isə diqqətin “Zirə” ilə oyuna yönəldiləcəyini bildirib. Transfer məsələlərində isə əsas prioritetin mövcud heyətin inkişafı olduğu qeyd edilib.
