Köynəkdə şəkli, ayaqqabıda adı: Vinisiusun sevgilisi jesti ilə gündəm oldu – FOTO

Xəbərlər
25 Yanvar 2026 21:58
76
Köynəkdə şəkli, ayaqqabıda adı: Vinisiusun sevgilisi jesti ilə gündəm oldu – FOTO

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniorun sevgilisi ona ünvanlanan qeyri-adi jesti ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, futbolçunun sevgilisi Virciniya Fonseka ictimaiyyət qarşısına Vinisiusun fotosu olan idman köynəyində çıxıb. Bununla yanaşı, onun ayaqqabısının üzərində braziliyalı forvardın adı da yer alıb.

Bu addım sosial şəbəkələrdə qısa zamanda böyük marağa səbəb olub. Azarkeşlər Virciniya Fonsekanın jestini kreativ və səmimi adlandıraraq Vinisiusa göstərilən dəstəyi yüksək qiymətləndiriblər.

İdman.Biz