“Mançester Yunayted” “Çelsi”nin hücumçusunu gündəmdə saxlayır

Xəbərlər
25 Yanvar 2026 13:15
99
“Mançester Yunayted” “Çelsi”nin hücumçusunu gündəmdə saxlayır

İngiltərənin “Mançester Yunayted” klubu Londonun “Çelsi” komandasında çıxış edən hücumçu Liam Delapla maraqlanmaqda davam edir.

İdman.Biz “The Independent”ə istinadla xəbər verir ki, mankunianlar 22 yaşlı futbolçunu komandanın oyun üslubuna uyğun profil kimi dəyərləndirir. Mənbənin məlumatına görə, “Mançester Yunayted” Delapın “Çelsi”dəki mövqeyini diqqətlə izləyir.

Bildirilir ki, ötən yay “İpsviç”dən “Çelsi”yə keçən hücumçunun vəziyyəti klub daxilində müzakirə olunur. “Qırmızı şeytanlar” Delapın hücum xəttindəki yüksək rəqabət və “Çelsi”nin davamlı transfer siyasəti fonunda seçiminə peşman olub-olmadığını da nəzərdən keçirir.

Cari mövsümdə Liam Delap bütün turnirlərdə 18 matçda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə futbolçunun bazar dəyəri 35 milyon avro (70 milyon AZN) təşkil edir.

İdman.Biz