Braziliyada keçirilən regional çempionat oyunundan sonra ciddi insident yaşanıb.
İdman.Biz xəbər verir ki, “Vilavelyense” klubunun futbolçuları və texniki heyəti “Desportiva Ferroviariya” ilə matçdan sonra paltardəyişmə otaqlarını fiziki müdaxilədən qorumağa məcbur qalıb.
Hadisə Kapişaba çempionatı çərçivəsində baş tutan qarşılaşmadan sonra qeydə alınıb. Meydan sahiblərinin məğlubiyyəti ilə barışmayan bir qrup azarkeş “Vilavelyense”nin soyunub-geyinmə otağına daxil olmağa cəhd göstərib.
Məlumata görə, komanda özünü müdadiə üçün armaturlardan istifadə edərək qapını bağlayıb. Gərgin vəziyyət yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra nəzarət altına alınıb.
Qeyd edək ki, Kapişaba çempionatı Braziliyanın Espirito Santo ştatının regional futbol birinciliyidir və oyunlar tez-tez emosional atmosferdə keçir.
