"Jirona" Çempionlar Liqasına buraxılmayacaq - SƏBƏB

Xəbərlər
22 Dekabr 2023 11:38
280
"Jirona" Çempionlar Liqasına buraxılmayacaq - SƏBƏB

"Jirona" Çempionlar Liqasına vəsiqə qazanarsa, qitənin ən nüfuzlu klub turnirindən oynaya bilməyəcək.

İdman.biz xəbər verir ki, ispanların qarşısında UEFA “qırmızı işıq” yandıracaq.

Buna səbəb onların İngiltərənin “Mançester Siti” klubu ilə birbaşa əlaqəsinin olmasıdır. Çünki hər 2 komanda CFG-a daxildir. Bu da UEFA-nın qaydalarına ziddir.

Qeyd edək ki, 18 turdan sonra 45 xala malik "Jirona" La Liqada ikinci pillədə qərarlaşıb.

İdman.biz