“Qarabağ” - “Ayntraxt” oyununda VAR sistemi işləyib

Xəbərlər
22 Yanvar 2026 12:36
75
“Qarabağ” - “Ayntraxt” oyununda VAR sistemi işləyib

“Qarabağ” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun oyununda Video köməkçi hakim (VAR) sistemi işləyib.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, bu barədə “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, sadəcə, qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında rabitə problemi yaranıb:

“Bu isə tezliklə həll edilib və matç başlayıb. Oyunda VAR sistemi olub”.

Qeyd edək ki, “Qarabağ” “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib. Matçın baş hakimi isveçrəli Sandro Şerer olub.

İdman.Biz