“Qarabağ”ın sabiq oyunçularından kluba sevgi mesajları - FOTO/VİDEO

Xəbərlər
22 Yanvar 2026 10:48
67
“Qarabağ”ın sabiq oyunçularından kluba sevgi mesajları - FOTO/VİDEO

UEFA Çempionlar Liqası çərçivəsində Ağdamın “Qarabağ” və Frankfurtun “Ayntraxt” komandaları arasında Bakıda keçirilən qarşılaşmanı (3:2) təmsilçimizin keçmiş oyunçuları da izləyiblər.

İdman.Biz xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo oyuna baxdığı görüntünü paylaşıb, “Bunun bir parçası olduğum üçün çox xoşbəxtəm”, - deyə yazıb.

“Qarabağ”ın və millimizin sabiq yarımmüdafiəçisi Riçard Almeyda da “Ayntraxt” üzərindəki qələbəyə sevinib. Paylaşımında, “Əbədi olaraq ürəyimdə”, - deyə yazıb.

Komandamızın sabiq yarımmüdafiəçisi, albaniyalı Ansi Aqolli də “Ayntraxt” üzərindəki qələbəyə sevinib və qalib heyətin fotosunu paylaşıb.

Qeyd edək ki, Juninyo 2023-2024, Ansi Aqolli isə 2010-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Riçar Alemyda 2011-2025-ci illər ərzində müəyyən fasilələrdə klubun heyətində əsas oyunçu olub.

İdman.Biz