Qazaxıstan polisi “Brügge” azarkeşlərini saxlayıb

Xəbərlər
21 Yanvar 2026 18:39
33
Qazaxıstan polisi “Brügge” azarkeşlərini saxlayıb

Qazaxıstanın paytaxtı Astanada polis Çempionlar Liqası çərçivəsində keçirilən “Kayrat” – “Brügge” oyunu zamanı Belçika klubunun üç azarkeşini saxlayıb.

İdman.Biz xəbər verir ki, fanatlar tribunada Borat obrazını xatırladan parlaq sarı çimərlik geyimlərində olublar. Hadisə birbaşa oyun zamanı baş verib.

Hüquq-mühafizə orqanları azarkeşlərə qarşı xırda xuliqanlıq maddəsi üzrə tədbir görüblər. Saxlanılan şəxslər müvəqqəti saxlama otağına yerləşdiriliblər.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Əlavə edək ki, “Brügge” Çempionlar Liqasının yeddinci turunda Qazaxıstan klubu “Kayrat”ı 4:1 hesabı ilə məğlub edib

İdman.Biz
Məqalədə: