Niderland millisində məşqçilər heyətinə yeni təyinat rəsmiləşib.
İdman.Biz xəbər verir ki, Rud van Nistelroy fevralın 1-dən etibarən Niderland milli komandasının məşqçilər korpusunda fəaliyyətə başlayacaq. Keçmiş hücumçu bu barədə müqaviləyə imza atıb.
Məlumata görə, Van Nistelroy millinin baş məşqçisi Ronald Kumanın köməkçisi kimi çalışacaq. Tərəflər qarşıdakı əsas hədəf olan DÇ-2026 üçün hazırlıq prosesində birlikdə işləyəcəklər.
Qeyd edək ki, Van Nistelroy futbolçu karyerasında Niderland millisinin aparıcı simalarından biri olub və indi təcrübəsini məşqçi kimi milli komandaya ötürəcək.
