Norris titul mübarizəsində əsas rəqibinin adını açıqlayıb

Xəbərlər
15 Yanvar 2026 17:13
41
Norris titul mübarizəsində əsas rəqibinin adını açıqlayıb

“Formula-1”də “Maklaren” komandasının pilotu, dünya çempionu Lando Norris qarşıdakı mövsümlə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot “Ferrari”nin sürücüsü və həmyerlisi Lyuis Hamiltonu titul uğrunda mübarizədə əsas rəqiblərindən biri kimi görmək istədiyini bildirib.

“Lyuislə artıq kifayət qədər gərgin mübarizələrimiz olub. Mən məmnuniyyətlə Hamiltonla bir az da rəqabət aparardım. Aydındır ki, 2025-ci ildə “Ferrari”nin gözləniləndən daha çox problemi oldu.

Lyuis sübut edib ki, yəqin ki, “Formula-1” tarixinin ən yaxşı pilotudur. Hamı bilir ki, çətin dövrlərdən çıxmağı bacaran biri varsa, o da cənab Hamiltondur. Ona görə də mən onu 2026 mövsümündə əsas rəqiblərimdən biri kimi görmək istəyirəm.

Mən dünyanın ən yaxşısı ilə rəqabət aparmağı özüm üçün böyük şərəf sayıram. Hazırda paddokda belə oğlanlar çoxdur - Alonso, Hamilton, Verstappen. Qarşıdakı mövsümdə hər kəsin titul uğrunda mübarizə aparmaq imkanı olacaq. Hamı bunu səbirsizliklə gözləyir. İnsanlar mənim tacımı almaq istəyirlər, mən isə onu qorumağa çalışacağam”, deyə - Norris söyləyib.

İdman.Biz