Mərakeşli Yəhya Attiyatullah komandasından küsüb

Xəbərlər
15 Yanvar 2026 18:55
37
Mərakeşli Yəhya Attiyatullah komandasından küsüb

Rusiyanın “Soçi” futbol klubunun müdafiəçisi, mərakeşli Yəhya Attiyatullah klubun düşərgəsinə yeni il fasiləsindən sonra qayıtmayıb və transfer danışıqlarına başlayıb.

İdman.Biz xəbər verir ki, futbolçu Kasablankanın “Raca” klubu ilə əlaqə qurub və mümkün keçid variantını müzakirə edir. Bu addımın əsas səbəbi onun oyun vaxtından narazı qalması və Krasnodarda ardıcıl icarələr səbəbindən özünü rahat hiss etməməsi olub.

Məlumata görə, Attiyatullah hesab edir ki, Afrika Millətlər Kubokuna (AFCON) Mərakeş yığmasının heyətinə düşməməsinin səbəbi məhz “Soçi”də kifayət qədər oynadılmaması olub. O, mövsüm ərzində 18 oyundan cəmi səkkiz dəfə meydana çıxıb və əsasən ehtiyatdan oyuna daxil olub.

Bu vəziyyət futbolçunu qıcıqlandırıb, çünki o özünü komandanın əsas ulduzlarından biri hesab edir. Xüsusilə də Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşin Portuqaliya üzərində qazandığı tarixi qələbənin əsas memarlarından biri olduğunu vurğulayır.

Bundan sonra Attiyatullah “Raca” klubu ilə danışıqlara başlayıb. Kasablanka təmsilçisi onun keçidində maraqlıdır, çünki komandanın əsas müdafiəçisi Yusif Bələmari Afrika Konfederasiyası Kubokundan sonra klubu tərk edə bilər.

Bildirilir ki, “Raca” Attiyatullah üçün təxminən 500 min dollar təklif etməyə hazırdır.

İdman.Biz