Arbeloa ilk sınaq üçün yeddi gənci heyətə çağırdı - FOTO

Xəbərlər
14 Yanvar 2026 17:46
43
Arbeloa ilk sınaq üçün yeddi gənci heyətə çağırdı - FOTO

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa bu gün “Albasete”yə qarşı keçiriləcək oyun üçün akademiyadan yeddi futbolçunu əsas heyətə cəlb edib.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq oyuna Fran Qonsales, Serxio Mestre, D.Ximenes, Joan Martines, Sestero, Manuel Anhel və Palasios çağırılıb.

Eyni zamanda komandanın bir sıra əsas oyunçuları zədə səbəbindən bu qarşılaşmanı buraxacaqlar. Məlumata görə, Kilian Mbappe, Eder Militao, Antonio Rüdiger, Rodriqo, Ferlan Mendi və Trent Aleksander-Arnold zədələrinə görə “Albasete”yə qarşı oyunda iştirak etməyəcək.

Bundan əlavə, Tibo Kurtua, Orelien Tçuameni, Karerras və Cud Bellinqem istirahət məqsədilə bu oyunun heyətinə salınmayıb.

Beləliklə, Arbeloa “Albasete” ilə oyunda əsasən gənclərlə və rotasiya olunmuş heyətlə meydana çıxacaq.

İdman.Biz