Hakimləri və AFFA-nı söyən klub prezidenti cəzalandırıldı

Xəbərlər
14 Yanvar 2026 15:28
37
Hakimləri və AFFA-nı söyən klub prezidenti cəzalandırıldı

28 dekabr 2025-ci il tarixində Region Liqasında keçirilməli olan “İstiqlal FK” - “Sabirabad FK” qarşılaşması “İstiqlal FK” komandasının təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

İdman.Biz xəbər verir ki, bu səbəbdən “İstiqlal FK”ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni halın ardıcıl üçüncü dəfə təkrarlandığı nəzərə alınaraq, AFFA İntizam Komitəsinin qərarı ilə klub yarışdan kənarlaşdırılıb.

29 dekabr 2025-ci il tarixində keçiriləmli olan "Xocalı PFK" - "VT Gəncə" oyunu isə hər iki komandanın oyun forması eyni olduğuna görə təxirə salınıb. Bu qərardan sonra "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir edib.

AFFA İntizam Komitəsinin qərarı ilə sözügedən oyun yenidən kieçiriləcək. Hacıbala Əzimov isə təhqirə görə növbəti 10 oyuna buraxılmayacaq.

İdman.Biz