“Zirə” futbol klubu heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Portuqaliyanın “Şaveş” klubunda çıxış edən “Ktatau” ləqəbli Talysson Moreira Reisin transferi ilə bağlı razılığa yaxındır.
25 yaşlı futbolçunun keçidi üçün “Zirə”nin Portuqaliya klubuna 100 min avro (təxminən 197 min manat) arasında ödəniş edəcəyi bildirilir. Braziliyalı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanması nəzərdə tutulub.
Ktatau əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. O, bu mövsüm “Şaveş”in heyətində dörd qarşılaşmada meydana çıxıb və bir qol vurub. Bütün oyunlara start heyətində başlayıb.
Braziliyalı futbolçu daha əvvəl icarə əsasında “Felgeyraş”da çıxış edib. Ktatau həmin komandada 27 oyunda bir qol vurub və dörd məhsuldar ötürmə edib.
Futbolçunun “Transfermarkt” portalında bazar dəyəri 500 min avro göstərilir.
