“Stansiya Sumqayıt” massivində yaşayan uşaqlar futbol oynamaq üçün stadion yaradılmasını istəyirlər.
İdman.Biz sumqayit24.az-a istinadən xəbər verir ki, Şəfəq qəsəbəsi, şəhid Kənan Allahverdiyev küçəsində uşaqların futbol oynaması və asudə vaxtlarını səmərəli keçirməsi üçün uyğun idman meydançası yoxdur.
Balaca futbolsevərlər qeyd ediblər ki, hazırda öz imkanları ilə ağaclardan futbol qapıları düzəldərək həmin ərazidə məşq edir və oyunlar keçirirlər.
Sakinlərin sözlərinə görə, ərazidə sadə şəraitin yaradılması belə uşaqların asudə vaxtlarını daha səmərəli keçirməsinə və idmana marağının artmasına imkan verər.
Bir sözlə, vətəndaşlar müvafiq qurumlardan əraziyə baxış keçirilməsini və ərazidə idman meydançısının təşkil edilməsini xahiş edirlər.
Sumqayıtlı uşaqların futbol meydançası arzusu - VİDEO
