Madridin “Real” klubu braziliyalı hücumçusu Vinisius Junioru yay transfer pəncərəsində Londonun “Arsenal” klubuna göndərə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Defensacentral” məlumat yayıb.
Mənbənin məlumatına görə, Vinisius klubdan ayrılacağı təqdirdə Madrid təmsilçisi yayda “Arsenal”ın vingeri Qabriel Martinellini transfer etməyi planlaşdırır.
Qeyd olunur ki, “Kral klubu” Vinisiusun Martinelli ilə dəyişdirilməsi variantını da nəzərdən keçirməyə hazırdır.
Bu mövsüm 24 yaşlı Martinelli bütün turnirlərdə 24 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.
25 yaşlı Vinisiusun aktivində isə 27 oyun, altı qol və səkkiz assist var.
