Arbeloanın taleyi kuboklardan asılıdır

Xəbərlər
14 Yanvar 2026 12:27
46
Arbeloanın taleyi kuboklardan asılıdır

İspaniyanın “Real Madrid” klubunda baş məşqçi postu ilə bağlı qeyri-müəyyənlik davam edir.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, klub qarşıya qoyulan hədəflər yerinə yetirilərsə, Alvaro Arbeloa komandadakı işini davam etdirəcək.

Məşhur insayder Fabrizio Romano isə bildirir ki, “Real” rəhbərliyi Arbeloaya açıq şəkildə çatdırıb: əgər komanda titul qazanarsa və o, futbolçularla yaxşı münasibətləri qoruyub saxlayarsa, növbəti mövsümdə də baş məşqçi olacaq.

Əks halda isə Madrid klubu artıq bu yay yeni mütəxəssis təyin edəcək və texniki heyətdə dəyişiklik ediləcək.

Beləliklə, Arbeloanın “Real”dakı gələcəyi birbaşa olaraq mövsümün idman nəticələrindən və kollektiv daxilindəki münasibətlərdən asılı olacaq.

İdman.Biz