İngiltərənin “Mançester Yunayted” futbol klubunda mühüm proses yekun mərhələyə çatıb.
İdman.Biz xəbər verir ki, komandanın sabiq yarmmüdafiəçisi Maykl Karrik klubun ona təqdim etdiyi müqavilə təklifinin bütün şərtlərini qəbul edib və tərəflər arasında razılaşma demək olar ki, tam bağlanıb.
Məlumata görə, sənədləşmə prosesi artıq son mərhələdədir və razılaşmanın rəsmi şəkildə məhz bu həftə təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, Maykl Karrik 2003-2018-ci illərdə “Mançester Yunayted”in yarımmüdafiəsinin mərkəzində əsas fiqur olub. O, komanda ilə 316 oyun keçirib və 17 qol vurub. Karyerasını elə bu komandada da bitirib. Joze Maurinyonun komandada baş məşqçiliyi dövründə isə onun köməkçisi olub.
Onun yenidən “Old Trafford”a dönüşü azarkeşlər arasında böyük maraq və gözlənti yaradıb.
