“Fənərbağça”ya əsəbiləşdi bıçaqla eyvana çıxdı - VİDEO

Xəbərlər
8 Yanvar 2026 16:45
97
“Fənərbağça”ya əsəbiləşdi bıçaqla eyvana çıxdı - VİDEO

“Samsunspor”un Superkubokun yarımfinalında “Fənərbağça”ya 0:2 hesabı ilə uduzmasından sonra Samsun şəhərində qeyri-adi hadisə baş verib.

İdman.Biz “Show TV”yə istinadla xəbər verir ki, 62 yaşlı kişi əlində bıçaqla balkona çıxaraq ətrafdakılara qorxu dolu anlar yaşadıb. Polis qüvvələri onu zərərsizləşdirib.

Hadisə məhz “Samsunspor”un Superkubokun yarımfinalında “Fənərbağça”ya məğlub olmasından sonra baş verib.

Məlumata əsasən, “Samsunspor”un sabiq futbolçusu Entoni Musabanın oyunda iki məhsuldar ötürmə etməsindən sonra əsəblərinə hakim ola bilməyən şəxs, “o Musaba bura gələcək”, - deyə qışqırıb.

Həmçinin bildirilir ki, qəzəbli şəxs əlinə keçən əşyaları da eyvandan aşağı atıb.

İdman.Biz