Jurnalistlər dünən keçirilən “Barselona” - “Atletik” oyunundan sonra katalonların baş məşqçisi Hansi Flikə İspaniya Superkubokunun yarımfinalında keçiriləcək “Atletiko” - “Real” oyunu ilə bağlı sual ünvanlayıblar.
İdman.Biz xəbər verir ki, Hansi Flik jurnalistlərin oyuna baxıb-baxmayacağı ilə bağlı sualı cavabsız qoyub.
Baş məşqçi gülərək, “mən bunu təsdiq edə bilmərəm”, - deyib.
Qeyd edək ki, Hansi Flik heç zaman hakimlərin oyun idarıəçiliyindən danışmır, gələcək oyunlarla bağlı sualları isə cavabsız qoyur.
Qeyd edək ki, Kataloniya təmsilçisi yarımfinalın digər oyununda “Atletik”i 5:0 hesabı ilə məğlub edib.
