“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe İspaniya Superkuboku oyununda iştirak etməyəcək.
İdman.Biz xəbər verir ki, bu barədə AS nəşrinin jurnalisti Xose Feliks Dias məlumat yayıb.
Bildirilir ki, Madrid klubunda futbolçunun konservativ müalicə alması qərara verilib.
“Hazırda məqsədimiz ona istirahət vermək və tam şəkildə bərpa olunmasını təmin etməkdir, lakin qayıdışın dəqiq tarixi hələ müəyyənləşdirilməyib”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, “Real Madrid” tibbi heyəti Mbappenin sağlamlığını riskə atmamaq və uzunmüddətli perspektivdə onu qorumaq məqsədi ilə bu qərarı verib.
@idman.biz “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe İspaniya Superkuboku oyununda iştirak etməyəcək. İdman.Biz xəbər verir ki, bu barədə AS nəşrinin jurnalisti Xose Feliks Dias məlumat yayıb. #futbol⚽️ ♬ original sound - Idman və Biz
