Minifutbol üzrə Azərbaycan çempionatı: Heç-heçəsiz gün

Xəbərlər
8 Yanvar 2026 00:33
59
Minifutbol üzrə Azərbaycan çempionatı: Heç-heçəsiz gün

Minifutbol üzrə Azərbaycan çempionatında doqquzuncu tur davam edir.

İdman.Biz bildirir ki, ikinci oyun günündə 3 qarşılaşma olub.

“Buxar” klubu “Siyəzən”i böyük hesabla məğlub edib – 6:0.

“Lənkəran” “Galaxy” ilə oyunda irəlidə olsa da, sonda məğlub olub – 2:4.

Və nəhayət “Lerik Əvilə” “Bakı 145”i üstələyə bilib - 3:2.

27 xal toplamış “Zirə” turnir cədvəlinə başçılıq edir.

İdman.Biz