“Turan Tovuz” Polşa və Rumıniya klubları ilə qarşılaşacaq

Xəbərlər
6 Yanvar 2026 12:00
57
“Turan Tovuz” Polşa və Rumıniya klubları ilə qarşılaşacaq

Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da Tovuz təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.

Yanvarın 17-də baş tutacaq ikinci oyunda isə rəqib Polşa “Poqon”u olacaq.

Qeyd edək ki, “Turan Tovuz”un Türkiyədəki toplanışı yanvarın 18-də başa çatacaq.

İdman.Biz