İngiltərənin “Tottenhem” klubunda çıxış edən portuqaliyalı yarımmüdafiəçi Jоаu Palinyanın mövsümün sonunda “Bavariya”ya qayıtması ehtimal olunur.
İdman.Biz “Teamtalk” nəşrinə istinadla xəbər verir ki, “Tottenhem” rəhbərliyi futbolçunun müqaviləsini tam şəkildə almaqla bağlı hələ yekun qərar verməyib.
Bununla belə, 30 yaşlı yarımmüdafiəçi London klubunda qalmaq istədiyini açıq şəkildə bildirib.
Mənbə qeyd edir ki, Palinyanın gələcəyi böyük ehtimalla “Tottenhem”in baş məşqçisi Tomas Frank üçün mövsümün qalan hissəsinin necə keçəcəyindən asılı olacaq.
Cari mövsümdə Palinya bütün turnirlərdə 25 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
