“Qəbələ” üç yoxlama matçı keçirəcək

Xəbərlər
4 Yanvar 2026 09:20
71
“Qəbələ” üç yoxlama matçı keçirəcək

Yanvarın 10-da Qəbələdə "Kəpəz"lə qarşılaşacaq "Qəbələ" klubu 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.

İdman.Biz klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "Qəbələ" burada daha iki oyun keçirəcək.

Yanvarın 14-ü "Araz Naxçıvan"la üz-üzə gələcək "qırmızı qaralar", ayın 18-də "Baku Sportinq"lə matçda qüvvəsini sınayacaq.

Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.

İdman.Biz