İngiltərənin “Arsenal” klubu İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Arda Güler üçün hərəkətə keçib.
İdman.Biz “Fichajes” nəşribə istinadla xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Arda Gülerin komandası üçün ideal xüsusiyyətlərə sahib olduğunu düşünür və onu heyətində görmək istəyir.
Mənbəyə görə, Artetanın hesabatından sonra London klubu 80 milyon avroluq (160 milyon AZN) təklif hazırlayır. Bu təklif ara transfer dövrü üçün icarə və mövsümün sonunda məcburi satınalma hüququnu əhatə edir.
Bildirilir ki, “Real Madrid”in baş məşqçisi Xabi Alonso bu keçidə razı deyil. O, mövsümün əvvəlindən etibarən Arda Gülerə bütün matçlarda şans verdiyi üçün futbolçunun gedişinə müsbət yanaşmır.
