Cəfərquliyev “Qarabağ”la yeni müqaviləyə yaxındır

Xəbərlər
2 Yanvar 2026 12:15
57
Cəfərquliyev “Qarabağ”la yeni müqaviləyə yaxındır

Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Elvin Cəfərquliyevin komandada qalacağı gözlənilir.

İdman.Biz xəbər verir ki, tərəflər müqavilənin daha üç il müddətinə uzadılması ilə bağlı ilkin razılığa gəliblər.

Mənbəyə görə, futbolçunun Avropanın bir sıra klublarından təklifləri olsa da, o, karyerasını “Qarabağ”da davam etdirməyə üstünlük verib.

Qeyd edək ki, Elvin Cəfərquliyev komandanın əsas fiqurlarından biridir və mütəmadi olaraq Azərbaycan millisinin oyunlarına dəvət olunur.

İdman.Biz