Azərbaycan millisinin sabiq üzvünün mərc variantı məlum oldu

Xəbərlər
30 Dekabr 2025 15:15
61
Azərbaycan millisinin sabiq üzvünün mərc variantı məlum oldu

Azərbaycan millisinin sabiq futbolçusunun Türkiyədəki mərc qalmaqalı ilə bağlı saxlanılması barədə yeni detallar üzə çıxıb. U-17 və U-19 millilərimizdə oynamış İsmayıl Karakaşın komandasının əleyhinə mərc etdiyi müəyyənləşib.

İdman.Biz “Habertürk”ə istinadla xəbər verir ki, hadisə 2022-ci il yanvarın 30-da, Karakaşın “Edirnespor” klubunda çıxış etdiyi dövrə təsadüf edir.

Həmin oyunda müdafiəçi ehtiyat oyunçular skamyasında olub və 84-cü dəqiqədə meydana daxil edilib. O, mərc platformalarından birində “rəqib komanda qalib gələcək” seçiminə 50 türk lirəsi məbləğində kupon yerləşdirib.

Karakaş öz oyunu ilə bağlı mərci düzgün tapsa da, kupondakı digər qarşılaşmalar üzrə verdiyi proqnozlar doğru olmadığı üçün yekunda uduzub.
Xatırladaq ki, İsmayıl Karakaş 2016-cı ildə Azərbaycanın U-17, 2017-ci ildə isə U-19 millisində çıxış edib və bu komandaların heyətində ümumilikdə 14 oyunda forma geyinib. O, karyerasını “Erciyes 38” klubunda davam etdirir.

İdman.Biz