Bəhmən Həsənovun yeni komandası məlum oldu

Xəbərlər
29 Dekabr 2025 16:25
51
Bəhmən Həsənovun yeni komandası məlum oldu

Mövsümün gedişində İkinci Liqa təmsilçisi “Şəki”dən ayrılan Bəhmən Həsənovun yeni iş yeri bəlli olub.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Birinci Liqa komandası “Difai”nin baş məşqçisi təyin olunub.

“Fədailər”in prezidenti Asəf Məlikov açıqlamasında xəbəri təsdiqləyib:

“Bəhmən müəllimlə bir müddət əvvəl anlaşmışıq. Adını sifariş ərizəsinə də daxil etmişik, sadəcə, şəxsi səbəbdən hələki oyunlara gəlmir. Buna görə adını matçın yekun protokoluna salmamışıq. Yəqin ki, qış fasiləsindən sonra daimi bizimlə olacaq”.

Qeyd edək ki, Ağsu təmsilçisi 12 turdan sonra doqquz xalla sonuncudan əvvəlki - doqquzuncu yerdə qərarlaşıb.

İdman.Biz