“Araz-Naxçıvan”ın baş məşqçisi nə vaxt elan olunacaq?

Xəbərlər
29 Dekabr 2025 12:52
56
“Araz-Naxçıvan”ın baş məşqçisi nə vaxt elan olunacaq?

Bir neçə gün öncə Elmar Baxşıyevlə yolları ayıran “Araz-Naxçıvan”ın yeni baş məşqçisinin kimliyi ilə bağlı müxtəlif iddialar səslənir.

İdman.Biz offsideplus.az-a istinadən xəbər verir ki, axtarışlar davam edir:

“Hələ seçim olmayıb. Qərar veriləndə ictimaiyyətə açıqlanacaq. Yəqin ki, təyinat bayramdan sonra olacaq” - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 16 turdan sonra 26 xalla turnir cədvəlində altıncı yerdədir. Naxçıvan komandası növbəti oyununu yanvarın 23-də “İmişli”yə qarşı keçirəcək.

İdman.Biz