“Liverpul” Semenyonu qışda transfer etməyəcək

Xəbərlər
29 Dekabr 2025 00:20
35
“Liverpul” Semenyonu qışda transfer etməyəcək

İngiltərənin “Liverpul” klubu “Bornmut”un hücumçusu Antuan Semenyonu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətində deyil.

İdman.Biz xəbər verir ki, jurnalist Ben Ceykobs bu barədə X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, “Liverpul” və “Arsenal” futbolçunun transferini yalnız yay aylarında mümkün variant kimi dəyərləndirirlər.

Mənbənin yazdığına görə, hazırda Semenyo uğrunda mübarizədə favorit “Mançester Siti”dir və klublar arasında artıq danışıqlar aparılır.

Cari mövsümdə 25 yaşlı hücumçu bütün turnirlərdə 18 oyunda iştirak edib, doqquz qol vurub və üç məhsuldar ötürmə edib. Onun “Bornmut”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz