PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi zədəsini sağaldıb.
İdman.Biz xəbər verir ki, Hakimi sol topuğundakı ciddi dartınmadan sonra tam bərpa olunub və Zambiya ilə qarşıdakı Afrika Millətlər Kuboku oyununda meydana çıxmağa hazırdır.
Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi futbolçunun bərpasında kluba xüsusi təşəkkür edib:
“Əgər Hakimi bu gün qayıdıbsa, bu PSJ-nin sayəsindədir. Naser Əl-Xelaifi əsl centlmendir”.
Xatırladaq ki, Hakimi “Bayern”lə Çempionlar Liqası matçında Luis Diasın sərt müdaxiləsindən sonra zədələnmişdi.
