Rafinya IFFHS-in simvolik yığmasına da düşmədi - FOTO

Xəbərlər
28 Dekabr 2025 19:35
48
Rafinya IFFHS-in simvolik yığmasına da düşmədi - FOTO

İspaniyanın “Barselona” komandasının hücumçusu Rafinya Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hazırladığı simvolik yığmaya daxil edilməyib.

İdman.Biz xəbər verir ki, IFFHS-in açıqladığı simvolik komandada hücum xəttində Kilian Mbappe, Harri Keyn, Erlinq Holand və Usman Dembele yer alıb.

Lamin Yamal isə hücumçu yox, yarımmüdafiəçi mövqeyində göstərilib.

Bu, Rafinyanın ardıcıl ikinci belə siyahıdan kənarda qalmasıdır. Belə ki, iki həftə əvvəl braziliyalı futbolçu FIFA tərəfindən tərtib olunan simvolik dünya yığmasına da daxil edilməmişdi.

Ffutbol ictimaiyyətində müzakirələrə səbəb olan bu göstərici bir sıra azarkeşlərin narazılığına səbəb olub və onlar Rafinyanın cari mövsümdəki çıxışının bu siyahılara düşmək üçün kifayət qədər dəyərli olduğunu düşünürlər.

Amma buna baxmayaraq, Rafinya “Globe Soccer Awards”ın qərarına əsasən, braziliyalı futbolçu 2025-ci ilin La Liqada ən yaxşı oyunçusu seçilib. Bununla da Rafinia ilk dəfə olaraq beynəlxalq səviyyədə bu qədər nüfuzlu fərdi mükafata layiq görülüb.

İdman.Biz
Məqalədə: